Bəşəriyyətin mövcudluğu həmişə keşməkeşli, qanlı-qadalı yollardan keçmişdir. Yüzilliklərin yetirdiyi dahilər bu keşməkeşlərin, qan-qadanın qarşısını almış, haqq-ədaləti bərqərar edərək tarix yazmışlar. Ulu Öndər Heydər Əliyev minilliklərin yetişdirdiyi dahilərdəndir. 10 may 1923-cü ildə Naxçıvanda dünyaya göz açan dahi şəxsiyyət 2003-cü ilin dekabrında Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında gözlərini əbədi olaraq yumdu. Dünya şöhrətli siyasətçinin okeanın o tayında gözlərini bu həyata əbədi olaraq yumması İlahi bir qismətdir ki, o, yenə dünya ictimaiyyəti tərəfindən təkrarolunmaz bir şəxsiyyət kimi dərin bir hüzn və böyük hörmətlə anıldı. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən Ümumilli Lider bu hərəkəti ilə dünya azərbaycanlılarının, türk dünyasının, müsəlman dünyasının böyük mənəvi itkisinin, ruh düşkünlüyünün qarşısını aldı. İşlədiyi illər ərzində dahi lider istər keçmiş sovet respublikalarının vətəndaşları, istərsə də bu republikalarla əlaqədar dünyanın başqa respublikalarının vətəndaşları ilə təmasda olarkən insanların ondan yaxşı nə isə öyrənməyinə və örnək olmağına səbəb olmuşdur.Bax elə bunun bariz nümunəsi kimi Heydər Əliyev haqqında olan çoxcildlik kitabların hər birində dünyanın görkəmli yazarlarının, elm adamlarını, siyasətçilərini yaxşı mənada qibtə dolu fikirlərini göstərmək olar. Xalqın çağırışı ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə gələn dahi siyasətçi qardaş qırğının qarşısını aldı, Azərbaycanın dünya arenasında siyasətinin dəstəklənməsi və iqtisadiyyatının dirçəldilməsinə nail oldu. Hələ sovetlər birliyi dövründə bünövrəsini qoyduğu orta və ali hərbi məktəblərin dirçəldilməsini ön plana çəkdi. Millətin itirilmiş inamını özünə qaytardı. Ulu Öndər dəfələrlə mötəbər toplantılarda Azərbaycan xalqını Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Qubadlıya, Cəbrayıla, Zəngilana və Başqa ərazilərimizə qayıdacağını vurğulamışdır. 2003-cü ilin sentyabrında prezident seçkilərində öz namizədliyini geri götürüb, İlham Əliyevin namizədliyi irəli sürən dahi lider “Mən İlhama özüm qədər inanıram” demişdir. Bu həqiqətən də belə oldu. Ümummilli Liderin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkənin siyasi, iqtisadi, hərbi qüdrətinin yüksəldilməsi ilə 5 ilə yaxın vaxt ərzində ermənilər tərəfindən işğal edilən torpqalarımızın 44 günə işğaldan azad edilməsinə nail oldu. Dahi Lider Heydər Əliyevi dərin rəhmət və hörmətlə anır, onun ideyalarına daim sadiq olacağımıza söz veririk.Aydın Həsənov,Xocalı rayonundan məcburi köçkün